3 İyul 2020 12:30
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək məqsədilə təşkil edilən patrul xidmətinə Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən Azərbaycan Ordusunun bölmələrinin xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilməsi ilə bağlı sorğuya cavab olaraq bildirilib.

Qeyd olunub ki, hərbi qulluqçular xüsusi karantin rejimi ilə əlaqədar təyin edilmiş ərazilərdə xidmətin aparılmasında iştirak edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər