Azərbaycan Prezidenti İlham Əliyevə məktublar gəlməyə davam edir.
Teleqraf.com məktublardan bir neçəsini təqdim edir:
“Hörmətli cənab Prezident.
Biz Azərbaycan gəncləri, Azərbaycan müəllimləri Sizinlə qurur duyuruq. Bütün dünya ölkələri pandemiya ilə mübarizədə ciddi itkilərlə və çətinliklərlə üz-üzə olarkən, insanlar arasında çaşqınlıq yaranarkən, Sizin müdrik siyasətiniz, peşəkar və çevik göstərişləriniz ölkəmizin virusla bağlı statistikasını ən son yerlərdə qərarlaşdırmışdır. Bu ağır şəraitdə insanlarımıza verdiyiniz dəyər, səhiyyə sistemimizi günün tələblərinə uyğun qurmağınız və əhalinin sosial rifah halının qorunması istiqamətində atılan addımlar nəticəsində xalqımız rahat yaşayır, xəstəliklə mübarizəni qaydalara və tələblərə uyğun şəkildə aparır.
Möhtərəm cənab Prezident, Sizə bu karantin dövründə təhsilimizin davamlı şəkildə fəaliyyət göstərməsinə, müəllimlərə və təhsilimizə verdiyiniz hərtərəfli dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyinizlə xalqımız və dövlətimiz bu sınaqdan üzüağ çıxacaq və postpandemiya dövrünə yeni uğurlu addımlarla qədəm qoyacaq.
Hörmətlə,
Vüsalə Əliyeva
Ağcabədi şəhər 9 saylı tam orta məktəbin fizika müəllimi
Azərbaycan Respublikası, Ağcabədi rayonu”.
“Hörmətli cənab Prezident.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncamınıza əsasən polkovnik Nizami Ağoğlan oğlu Məmmədova “general-mayor” hərbi rütbəsi verməyiniz bütün Biləsuvar əhalisinə göstərdiyiniz böyük etimaddır. Müstəqil Azərbaycanın ilk günlərindən bu günə kimi biləsuvarlılar respublikanın inkişafında, ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlər göstərmişlər. Belə ki, Qarabağ döyüşlərində yüzlərlə biləsuvarlı könüllü olaraq Vətənin müdafiəsinə qalxaraq 109 şəhid vermiş, 22 nəfər döyüşlərdə itkin düşmüşdür. Aprel döyüşlərində Ordumuzun göstərdiyi o böyük şücaətdə biləsuvarlılar mətinliklə döyüşərək Vətənə və dövlətə olan sədaqətlərini bir daha göstərmişlər. Bu döyüşlərdə 3 nəfər şəhid olmuş, 17 nəfər isə yaralanmışdır.
Hörmətli cənab Prezident, Vətənin müdafiəsində iştirak edən oğullara verdiyiniz qiymətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, biz biləsuvarlılar Vətənin, dövlətin, dövlətçiliyin və şəxsən Sizin yanınızdayıq. Lazım olsa, Vətən yolunda canımızdan keçməyə hazırıq.
Biz Prezidentimizlə, Ordumuzla fəxr edirik.
Yaşasın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.
Yaşasın müstəqil Azərbaycan Ordusu.
Hörmətlə,
Hacı Məhərrəm Kazımlı
Müharibə veteranı, Biləsuvar rayon Veteranlar Təşkilatının sədri
Azərbaycan Respublikası, Biləsuvar rayonu”.
“Möhtərəm cənab Prezident.
Yeni növ koronavirus - COVID-19 infeksiyasından zərər çəkmiş və bu xəstəliyə yoluxmuş insanlara Sizin rəhbərliyinizlə görülmüş tədbirlər hesabına dövlət dəstəyi göstərilməkdədir. Belə bir zamanda sosial və infrastruktur layihələrinin uğurla icra edilməsi dövlətimizin gücünü və maliyyə dayaqlarının möhkəm olduğunu göstərir. Torpaqlarımızın işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər də Sizin diqqətinizdən kənarda qalmır. Onlar üçün yeni qəsəbə və yaşayış kompleksləri salınır, mənzil-məişət şəraitləri və sosial vəziyyətləri yaxşılaşdırılır.
Cənab Ali Baş Komandan, ona görə də biz məcburi köçkünlər Sizi dəstəkləyirik, Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Cəfərov Raqub İdris oğlu
Ağdam rayonundan məcburi köçkün
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi”.
“Hörmətli cənab Prezident.
Bu mürəkkəb şəraitdə atdığınız düzgün addımlar nəticəsində ölkəmiz qlobal pandemiya vəziyyətində minimum itkilərlə mübarizə aparır. Dünyanı cənginə alan koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, bu çətin günlərdə də xalqın yanında olduğunuza və xalqa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Koronavirus pandemiyası dövründə bütün rayonlarda olduğu kimi, Suraxanı rayonunda yaşayan aztəminatlı ailələrə ərzaq yardımları, işsiz vətəndaşlara 190 manat birdəfəlik müavinət verilməsi sakinlərimizi sevindirdi.
Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır. Allah Sizi, ailənizi və xalqımızı qorusun.
Hörmətlə,
Əlizadə Orxan İsmayıl oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi”.
“Möhtərəm cənab Prezident.
Dünya birliyi bizə qarşı hələ də ədalətsiz mövqe nümayiş etdirərək Ermənistanın işğalçılıq siyasətinə birmənalı olaraq göz yumur. Buna baxmayaraq, Siz bu məsələdə daim qətiyyətlə Azərbaycanın barışmaz mövqeyini ifadə edirsiniz. Sizin iyunun 18-də "Şərq tərəfdaşlığı " ölkələrinin dövlət və hökümət başçılarının videokonfrans tipli sammitindəki çıxışınız bunu bir daha sübut edir. Siz Ermənistanın baş naziri Nikol Paşinyana özlərinin terrorçunu xalq qəhrəmanına çevirdiklərini bildirdiniz. Bu ən düzgün və yerində verilmiş cavab idi. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Ermənistanın hökümət başçısı susdu, çünki bu həqiqət idi. Biz daim Sizin siyasətinizi dəstəkləyirik və istər sülh yolu ilə olsun, istərsə də hərbi yolla, tezliklə Qarabağ məsələsinin bizim xeyrimizə həll olunacağına inanırıq.
Hörmətlə,
Quliyeva Fatma Çərkəz qızı
Müəllim və şəhid bacısı
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Taynaq kəndi”.
“Möhtərəm cənab Prezident.
Sizə ailəmin adından və öz adımdan sonsuz minnətdarlığımı bildirmək istəyirəm. Siz hər zaman xalqın yanında olmusunuz. Bu gün də dünyanı cənginə alan pandemiyaya qarşı mübarizədə bizlərə göstərdiyiniz sevgi, diqqət, qayğıkeşliyiniz dünyada əvəzolunmaz, hər zaman xalqının yanında olan Prezident olduğunuzu göstərdi.
Cənab Prezident, Sizə cansağlığı arzulayıram. Arzum budur ki, kölgəniz heç zaman başımızın üstündən əskik olmasın. Azərbaycan Sizinlə fəxr edir və ölkəmiz Sizinlə gözəldir.
Hörmətlə,
Mehnurə İsmayılova
Azərbaycan Respublikası, Zaqatala rayonu”.
“Möhtərəm cənab Prezident.
Sizin ölkədə apardığınız islahatlar hər bir Azərbaycan vətəndaşı kimi məni də fərəhləndirir. Xüsusilə onu qeyd etmək istəyirəm ki, Azərbaycan Dövlət Aqrar Universitetinə göstərdiyiniz diqqət və qayğı bizi daha da ruhlandırır. Sizin son dörd ildə üçüncü dəfə Azərbaycan Dövlət Aqrar Universitetində olmağınız aqrar sahəyə, eyni zamanda, Universitetimizə göstərdiyiniz qayğının bariz nümunəsidir. İyunun 24-də Gəncə şəhərinə səfəriniz çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tipli tədris korpusunun açılış mərasimində Sizin və Birinci vitse-prezident Mehriban xanımın iştirakı aqrar sahəyə böyük bir töhfədir. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, nəinki aqrar sahənin inkişafına vəsilə olacaq, kadrların yetişdirilməsinə kömək edəcək, eyni zamanda, xeyli sayda insanın işlə təmin olunmasına şərait yaradacaqdır. Bütün bunlar üçün Sizə dərin minnətdarlıq edirəm. Var olsun müstəqil Azərbaycan, var olsun, əziz Prezidentimiz.
Hörmətlə,
Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Mustafa oğlu Bayramov
Azərbaycan Respublikası, Gəncə şəhəri”.
“Möhtərəm cənab Prezident.
Dünyanı bürüyən bu pandamiyanın ölkəmizdə sürətlə yayılmasının qarşısının alınmasında Sizin çox böyük fədakarlığınızı görürük. Siz təkcə pandemiyanın qarşısının alınması zamanı yox, hər vaxt xalqımızın yanındasınız. Ölkəmizin gündən-günə inkişaf etməsi, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması, dövlətimizin dünya dövlətləri içərisində nüfuzlu yer tutması Sizin rəhbərliyinizlə aparılan işlərin əyani sübutudur. Biz də öz işimizlə Sizin etimadınızı dogruldacağımıza, layiqli vətəndaş olmagımıza söz veririrk.
Hörmətli cənab Prezident, xalqımız, eləcə də biz şagirdlər üçün yaratdığınız bu gözəl şəraitə görə Sizə minnətdarlığımızı bildiririk.
Hörmətlə,
İlahə Paşayeva
Azərbaycan Respublikası, Goranboy rayonu, Muzdurlar kəndi”.
“Möhtərəm cənab Prezident.
Məlum pandemiyanın bütün dünyanı sarsıtdığı vaxtda Sizin qabaqlayıcı tədbirləriniz nəticəsində ölkəmizdə vəziyyət nəzarət altında saxlanıldı. Sizin uzaqgörən siyasətiniz, ən çətin məqamlarda qəbul etdiyiniz düzgün qərarlar ölkəmizi və xalqımızı pandemiyanın ən ağır nəticələrindən xilas etdi. Vətəndaşların sağlamlığını düşünərək zəruri addımların atılması, insanların sosial rifahının təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə Sizə təşəkkürümüzü bildirir, çətin və şərəfli işinizdə yeni uğurlar arzulayırıq. İnanırıq ki, xalqımız, eləcə də bütün bəşəriyyət bu bəladan tezliklə xilas olacaq.
Hörmətlə,
Namidə Süleymanova
Aybəniz Kələşova
Xanım İsayeva
Azərbaycan Respublikası, Zaqatala rayonu”.
“Hörmətli cənab Prezident.
İlk növbədə, Sizə möhkəm cansağlığı, yeni uğurlar diləyirəm. Doğma Vətənim Azərbaycana isə sülh, əmin-amanlıq və daim çiçəklənmək arzu edirəm.
Möhtərəm cənab Prezident, son illər Biləsuvar rayonunda əkin sahələrinin su təminatı ilə bağlı çətinliklər əhalini narahat edirdi. Bu yerlərdə təsərrüfat işlərində su böyük əhəmiyyət kəsb edir. Yaranmış vəziyyətlə bağlı əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında imzaladığınız Sərəncam bir biləsuvarlı kimi məni çox sevindirdi. Sizə dərin təşəkkürümü bildirirəm. Ömrünüz uzun olsun.
Hörmətlə,
Bədəlova Nurəngiz Hüseynxan qızı
Azərbaycan Respublikası, Biləsuvar rayonu”.
“Çox hörmətli cənab Prezident.
Əvvəlcə Azərbaycan xalqının mənafeyi naminə gördüyünüz bütün işlər üçün Sizə ürəkdən gələn minnətdarlığımı bildirirəm. Bütün dünya ölkələrini cənginə almış koronavirus pandemiyasının Azərbaycanda təzahürləri hələ görülməmişdən əvvəl ölkəmizdə gerçəkləşdirdiyiniz təxirəsalınmaz tədbirlər sayəsində xalqımız bu pandemiyanın ciddi təsirlərindən qoruna bildi. Məhz Sizin həyata keçirdyiniz qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə bu virusa yoluxanların sayı dünya ölkələri ilə müqayisədə azlıq təşkil etməkdədir. Bu pandemiya günlərində Siz əməlinizlə xalqımızın yanında olduğunuzu bir daha göstərdiniz. Bütün bu işlərinizdən dolayı Sizə şəxsən öz adımdan, ailəmin və kəndimizin sakinləri adından dərin təşəkkürümü bildirir və uzun ömür, cansağlığı arzulayıram.
Hörmətlə,
Zamanov Elçin Yusif oğlu
Azərbaycan Respublikası, Zaqatala rayonu, Əliabad qəsəbəsi”.
“Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə Azərbaycan özünün intibah dövrünü yaşayır. Son illər ərzində görülən genişmiqyaslı işlər, min bir əziyyət hesabına ərsəyə gələn sosial və infrastruktur obyektləri bunu deməyə əsas verir. Respublikamızda abad yollar çəkilib, gözəl şəhərlər yaradılıb, müasir məktəblər və xəstəxanalar tikilib xalqın istifadəsinə verilmişdir. ASAN Xidmət də Sizin uğurlarınızdan biridir. Gənc nəslin nümayəndələrinə geniş imkanlar açmağınız, onları dövlət idarəçiliyində irəli çəkməyiniz təqdirəlayiqdir.
Pandemiya dövründə uşaqlar və gənclər təhsildən geri qalmadılar. Virtual dərslərin təşkil olunması buna şərait yaratmışdır. Şagirdlər və tələbələr bu imkandan lazımınca faydalanmağa çalışırlar.
Əziz Prezidentimiz, Sizə bu çətin və şərəfli yolda həndəsi silsilə şəklində böyük uğurlar arzulayıram.
Hörmətlə,
Ziyadova-Eyvazova Səriyyə Bəhmən qızı
Müəllim
Azərbaycan Respublikası, Bakı şəhəri”.
“Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının vətəndaşı olaraq, pandemiya dövründə Sizin mərkəzində ölkə vətəndaşının sağlamlığı dayanan fəaliyyətinizə görə həm öz adımdan, həm də Saatlı rayonunun Dəllər kəndinin sakinləri adından sonsuz minnətdarlığımı bildirməyi özümə borc bilirəm.
Cənab Ali Baş Komandan, Sizin müvafiq tapşırığınızla aztəminatlı ailələrə təyin edilən birdəfəlik yardım bizim kəndimizdə də bir çox ailənin güzəranının yaxşılaşmasına səbəb olmuşdur. Bu məqamda bir ailənin Sizə olan alqışını, duyğusunu nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, ailə deyir: "Allah Prezident İlham Əliyevin atası Heydər babaya rəhmət eləsin, Özünə isə uzun və sağlam ömür versin". Bəli, hörmətli Prezidentimiz, biz Sizin Ulu Öndər yolu ilə həyata keçirdiyiniz daxili və xarici siyasəti bəyənir, dəstəkləyir, eyni zamanda, hər an Sizin yanınızda olduğumuzu ifadə etmək istəyirik.
Tanrı Sizi, ailənizi və bütün Azərbaycan xalqını gözəgörünməz bəla və müsibətlərdən hifz etsin.
Saatlı rayonu Dəllər kəndinin sakinləri adından dərin hörmətlə,
Əlimuxtar Həsən oğlu Muxtarov
Filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan Respublikası, Saatlı rayonu, Dəllər kəndi”.
“Möhtərəm cənab Prezident.
Bütün dünyanı saran pandemiya dövründə Azərbaycan xalqının sağlamlığını siyasətinizin ən prioritet istiqaməti elan etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Ən güclü dövlətlərin belə qarşısında aciz qaldığı pandemiya dövründə Azərbaycanın doğru əllərdə olduğu bir daha sübut olundu. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində uğurlu addımlar atıldı. Əhalini virus təhlükəsindən qorumaq üçün ölkədə xüsusi karantin rejimi elan olundu, dezinfeksiya işləri aparıldı, səhiyyə sistemində gücləndirilmiş iş rejiminə start verildi, həkimlərin maaşı artırıldı. Bundan əlavə, insanların evdə qalması ilə əlaqədar yarana biləcək digər problem bir qrup insanın sosial rifahı ilə bağlı idi. Lakin bu problemi də tez bir zamanda həll etdiniz. Siz 600 min ailəyə 190 manat birdəfəlik ödənişin edilməsi ilə bağlı göstəriş verdiniz. Bundan əlavə, Sizin təşəbbüsünüzlə başladılmış yardım kampaniyasına ölkənin hər yerindən iş adamları da qoşularaq insanlara bu çətin vəziyyətdə dəstək oldular. Artıq dünya dövlətləri bizim təcrübədən bəhrələnir.
Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarlarınızı dəstəkləyirik. Biz birlikdə güclüyük. Güclü Azərbaycanın layiqli Lideri, Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Əzimzadə Murad İqbal oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri”.
“Hörmətli cənab Prezident.
Koronavirus pandemiyasının dünyanı bürüdüyü, iqtisadiyyatları, sosial sahələri iflic hala saldığı bir zamanda Siz Azərbaycan iqtisadiyyatının inkişafına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına böyük diqqət ayırırsınız. Bu il iyunun 22-də imzaladığınız sərəncamla Biləsuvar rayonunun Çinarlı kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə dövlət büdcəsindən 455 min manat vəsait ayrılması rayonun ziyalıları və əmək adamları tərəfindən yüksək dəyərləndirilir.
Bu çətin günlərdə rayonumuza ayırdığınız diqqət və qayğıya görə Sizə və ölkəmizin birinci xanımı Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk. İnanırıq ki, müstəqil Azərbaycanımız Sizin rəhbərliyinizlə daha yüksək zirvələrə qalxacaqdır.
Hörmətlə,
Qəfərov Fərhad Əhməd oğlu
Azərbaycan Respublikası, Biləsuvar rayonu, Ağayrı kəndi”.
“Hörmətli cənab Prezident.
Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirakınız zamanı "mənim Prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir” deməyiniz, Azərbaycan Ordusunun dünyada 50 ən güclü ordu sırasında olmasını vurğulamağınız biz məcburi köçkünləri, eləcə də müharibə veteranlarını rəhbərliyinizlə yeni qələbələrə ruhlandırır. Bütün Azərbaycan xalqı ilə yanaşı, biz məcburi köçkünlər, eləcə də müharibə veteranları üçün xüsusi önəm daşıyan ordu quruculuğu məsələsində əldə etdiyiniz nailiyyətlər bizi Sizin ətrafınızda daha sıx birləşdirmişdir. COVID-19 pandemiyasının dünyada tüğyan etdiyi bir dövrdə hər bir Azərbaycan vətəndaşının sağlamlığının, ordu quruculuğunun, eləcə də Azərbaycan respublikasının ərazi bütövlüyünün təmin olunması məsələsinə xüsusi önəm verdiyinizə görə biz "Qobu Park 1" və "Qobu Park 2” yaşayış komplekslərində məskunlaşmış məcburi köçkünlər və müharibə veteranları Sizə dərin minnətdarlığımızı bildirir və işlərinizdə böyük uğurlar arzu edirik.
Hörmətlə,
60 nəfər məcburi köçkün müharibə veteranları adından hörmətlə,
Zeynalov Əbil Cahangir oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri”.
“Hörmətli cənab Prezident.
Koronavirus infeksiyasına qarşı ən adekvat addım atan və qabaqlayıcı tədbir görən ölkələrdən biri Azərbaycandır. Bu xəstəliyin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə atdığınız bütün addımlar bir daha göstərdi ki, Siz hər bir vətəndaşın sağlamlığının qayğısına qalırsınız. Vətəndaşların sağlamlığı naminə gördüyünüz bütün işlərə görə Sizə dərin təşəkkürümü bildirir və yorulmaz fəaliyyətlərinizdə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Şabanov Abdulməcid Seyid oğlu
Azərbaycan Respublikası, Zaqatala rayonu”.
“Hörmətli cənab Prezident.
Sizin yüksək siyasi biliyiniz, dünyagörüşünüz, sağlam düşüncəniz və uzaqgörən qabaqlayıcı qərarlarınız sayəsində bu gün bütün dünyanı öz pəncəsinə alan COVID-19 virusu ilə mübarizədə ölkəmiz ən az zərər görən ölkələr sırasındadır. Xalqımıza göstərdiyiniz bu qayğı bütün insanlar tərəfindən rəğbətlə qarşılanır və Sizə öz dərin minnətdarlıqlarını bildirirlər. Ağcabədi gəncləri olaraq Sizə inamımız sonsuzdur. Sizin müdrikliyiniz sayəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzlu ölkəyə çevrilib. Bu ayın 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Paşinyan növbəti dəfə özünü ifşa etdi. Sammitdə səsləndirdiyiniz inkaredilməz tarixi faktlar beynəlxalq aləmdə və dövlət idarəçiliyində uğurlu bir siyasətçi olduğunuzu bir daha sübut etdi. Paşinyan beynəlxalq səviyyəli tədbirdə Sizin tarixi həqiqətə əsaslanan tutarlı faktlarınız qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi. Biz Sizə inanırıq, cənab Ali Baş Komandan. İnanırıq ki, Azərbaycanın tarixi torpağı olan Qarabağı Sizin rəhbərliyinizlə düşmən tapdağından azad edəcəyik. Bütün Azərbaycan xalqı Sizi sevir və dəstəkləyir. Uca Tanrı Sizi, ailənizi və Azərbaycanımızı qorusun.
Hörmətlə,
Əhmədov Əli Xosrov oğlu
Azərbaycan Respublikası, Ağcabədi rayonu”.
“Hörmətli cənab Prezident.
Bir danılmaz faktdır ki, ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-cu ildən başlayaraq respublikamız sürətlə inkişaf etmiş, keçmiş sovetlər birliyində sonuncu sıralardan öncül yerlərə yüksəlmişdir. O, həmişə gənclərin qayğıkeş Lideri, mənəvi atası olmuşdur. Gənclərin iri şəhərlərdə yerləşən yaxşı ali təhsil məktəblərində təhsil alması üçün əlindən gələni əsirgəməmiş, onlara himayədarlıq etmişdir. Şəxsən mənim də həyatımın düzgün formalaşmasında böyük rolu olmuşdur. Buna görə də Ulu Öndərə həmişə minnətdar olmuşam.
Cənab Prezident, mən həm də ona görə fəxr edirəm ki, Ümummilli Liderimiz Sizin kimi mərd, savadlı, xalqını sevən, dünya siyasətçiləri arasında sayılıb-seçilən, ən mötəbər tribunalardan öz sözünü deyən, Azərbaycanın haqq səsini çatdıran, böyük rəğbət qazanan bir oğul qoyub gedib.
Mənim 69 yaşım olduğu üçün karantin düvründə evdən çıxa bilmirdim. Heydər babanın vaxtilə verdiyi pay torpağımda becərdiyim taxıl yerli qurumların köməyi ilə biçilib həyətimizə göndərildi. Fəxarət hissindən qəlbimiz dağa döndü, gözlərim yaşardı. Bu, Sizin məmurlar qarşısında qoyduğunuz tələblərin, vətəndaşlara xidmət göstərilməsi ilə bağlı tapşırıqlarınızın nəticəsidir, cənab Prezident. Biz Sizinlə fəxr edirik. Ulu Tanrıdan Sizə və bütün ailə üzvlərinizə cansağlığı, uzun ömür arzulayıram.
Hörmətlə,
Ağayev Ramiz Atakişi oğlu
Azərbaycan Respublikası, Siyəzən rayonu, Yenikənd kəndi”.
“Möhtərəm cənab Prezident.
Ölkəmizdə həyata keçirdiyiniz çoxşaxəli siyasətiniz sayəsində Azərbaycan uğurlu inkişaf yolundadır və dünya ölkələri sırasında ön yerlərdədir. Bu, bir Azərbaycan vətəndaşı kimi məni qürurlandırır. Kənd təsərrüfatı sahəsində çalışan bir insan kimi Sizin bu sahənin inkişafına göstərdiyiniz diqqət və qayğını minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm. Bu qayğı sayəsində fermerlər çoxsaylı güzəştlərlə əhatə olunurlar. Kənd təsərrüfatı sahəsinin vergilərdən azad olunması, gübrələrin və texnikaların fermerlərə güzəştli şərtlərlə verilməsi sayəsində kənd təsərrüfatı məhsullarının istehsalı və məhsuldarlıq yüksək həddə çatıb.
Ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində biz kəndlilər torpaq sahibi olmuşuq. Ulu Öndər hər bir kənd sakininə pay torpağı verdi. Bunun hesabına kəndlilər öz məşğulluğunu təmin etdi, onların maddi rifah halı yaxşılaşdı. Bu gün də fermerlər öz torpaq sahələrində həvəslə çalışır və güzəranlarını təmin edirlər.
Əziz Prezidentimiz, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür və ölkəmizin inkişafı naminə uğurlu fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Mirzəyev Emin Arif oğlu, “Zöhrab” kəndli-fermer təsərrüfatının rəhbəri.
Azərbaycan Respublikası, Salyan rayonu, Qızılağac kəndi”.
“Hörmətli cənab Prezident.
Hər şeydən əvvəl belə bir vəziyyətdə bütün vətəndaşlara dayaq və dəstək olduğunuz üçün Sizə bir həkim və ana kimi təşəkkür edirəm. Dünyanı bürüyən çətinlik əsnasında xalqımızı bu bəladan müdafiə edərək hər birimizin təhlükəsizliyini təmin edirsiniz. Eyni zamanda, Gəncə və gəncəlilərə belə bir zamanda qayğı göstərdiyiniz, şəhərimizdə yeni irəliləyişlərə səbəb olduğunuz üçün də təşəkkür edirəm. Biz Sizinlə fəxr edirik və hər zaman şəhərimizə gözəl səfərlərinizi gözləyirik. Ölkəmizin və dünyamızın bu bəladan xilas olmağını diləyir və daha xoş günlər görməyi arzu edirəm. Şəhərimiz və bizlər üçün etdiklərinizə görə minnətdaram Sizə. Allah Sizi qorusun.
Hörmətlə,
Gülşən Bağırova
Azərbaycan Respublikası, Gəncə şəhəri”.
“Möhtərəm cənab Prezident.
Karantin rejimi ilə əlaqədar imzaladığınız Sərəncama əsasən mənə düşən 190 manat məbləğində birdəfəlik ödəməni aldım. İşsiz kimi qeydiyyata alınmış vətəndaşlar üçün nəzərdə tutulan bu yardım onların ailələri üçün böyük köməkdir. Siz hər zaman çətin anlarda vətəndaşların yanında olmusunuz, onları öz qayğınızla əhatə etmisiniz. Buna görə də Azərbaycan xalqı Sizi sevir və dəstəkləyir. Sizin xalqa verdiyiniz vədlər həmişə həyatda reallığa çevrilib, insanların xoş güzəranına xidmət edib.
Mənə edilən köməyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Şəxsən mən bunu heç vaxt unutmayacam. Sizin və dövlətimizn yolunda heç bir qüvvəmi, köməyimi əsirgəmərəm. Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində apardığınız siyasəti dəstəkləyirəm və hər bir çağırışınıza hazıram. Allahın xeyir-duası hər bir işinizdə Sizinlə olsun.
Hörmətlə,
Əliyev Mədət Xıdır oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi”.
“Hörmətli cənab Prezident.
Bütün ölkəmizdə olduğu kimi, Sumqayıt şəhərində, eləcə də Corat qəsəbəsində tikinti-quruculuq, abadlıq işləri aparılır. Qəsəbədəki X.Məhərrəmoğlu, Sahil, Sülh, Vidadi küçələrinə yüksək keyfiyyətli asfalt çəkilib. Hazırda digər küçələrin asfaltlanması davam etdirilir. Bu işlər bizi fərəhləndirir, rahatlığımızı təmin edir. Qəsəbəmiz gözümüzün qarşısında toz-torpaqlı kənd görkəmindən uzaqlaşaraq sanki, şəhərə çevrilir.
Möhtərəm Prezident, Sizə bütün qəsəbə sakinləri adından minnətdarlığımızı bildiririk. Yolunuz hər zaman hamar, qədəmləriniz mübarək olsun.
Hörmətlə,
Məmmədov Yəhya Hüseyn oğlu
Əlislam Aslan oğlu
Ağayeva Nərgiz Mirzəhüseyn qızı
Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Corat qəsəbəsi”.
“Möhtərəm cənab Prezident.
Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın hər bir vətəndaşı Sizin dəstəyinizi hiss edir. Siz xalqın xilaskarı olmaq missiyasını uğurla davam etdirirsiniz. Koronovirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığınız qətiyyətli addımlara, xalqımıza göstərdiyiniz diqqətə və qayğıya, hər birimizin sağlamlığı naminə gördüyünüz işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Şübhəsiz ki, bu bəlaya birlikdə qalib gələcəyik. Biz birlikdə güclüyük.
Hörmətlə,
Acırqayev Fərhad Süleyman oğlu
Azərbaycan Respublikası, Zaqatala şəhəri”.
“Möhtərəm cənab Prezident.
Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı ölkəmizdə ciddi mübarizə aparılır. Epidemiyaya qarşı mübarizə ilə əlaqədar gördüyünüz bütün tədbirlər xalq tərəfindən alqışlanır. İyulun 1-də İsmayıllı rayonunun əhalisinin içməli su və suvarma suyu ilə təminatını daha da yaxşılaşdırmaq məqsədilə verdiyiniz Sərəncam Sizin xalqınıza olan sevginizin daha bir bariz nümunəsidir. Sərəncamınıza uyğun olaraq bizim kəndimizdə 2 subartezian quyusu qazılacaqdır ki, nəticədə kənd sakinlərinin suvarma suyuna və içməli suya olan tələbatı ödəniləcəkdir. Bizə göstərdiyiniz diqqət və qayğıya görə İsmayıllı rayonu Qalınçaq kəndinin əhalisi adından Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi və ailənizi qorusun.
Qalınçaq kənd sakinləri adından dərin hörmət və ehtiramla,
Nəcəfov Taleh Sultan oğlu
Əzizov Kamal Hacıkamal oğlu
Əliyev Fikrət Bilal oğlu və başqaları.
Azərbaycan Respublikası, İsmayllı rayonu, Qalınçaq kəndi”.
“Möhtərəm cənab Prezident.
Bütün xalqımız kimi bizim ailələrimiz də Sizə qəlbən dərin ehtiram bəsləyir və Sizi dəstəkləyirlər. Ölkəmizin adını ucaldan, insanların rifahını düşünən, çətinə düşən vətəndaşlara hər zaman kömək əlini uzadan dövlət başçımızla - Sizinlə fəxr edirik.
Biz - Badamdar qəsəbəsinin sakinləri əvvəllər bir çox problemlərdən əziyyət çəkirdik. Xüsusilə də, suyun fasilələrlə verilməsi böyük narahatlıq yaradırdı. İndi isə daimi su ilə təmin olunmuşuq. Bundan başqa, qəsəbədaxili yollar və qəsəbəni şəhərlə birləşdirən əsas yolumuz təmir olunmuşdur. Biz şahidiyiq ki, ailə üzvləriniz də xalqımız üçün daim mühüm işlər görürlər. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət" layihəsi də bunlardan biridir. Bu layihə çərçivəsində Badamdar qəsəbəsində neçə-neçə yaşayış binasının həyəti abadlaşdırılmış, uşaqlar və ahıllar üçün xüsusi guşələr yaradılmış, atraksionlar quraşdırılmışdır.
Cənab Prezident, Vətənə və vətəndaşlara göstərdiyiniz xidmətlərə görə çox sağ olun. Sizə bu çətin və şərəfli yolda hər zaman ucalıq və daimi uğurlar arzu edirik.
Hörmətlə,
Vahidov Azər Kamil oğlu
Axundov Polad Ramiz oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi”.
“Möhtərəm cənab Prezident.
Biz ailə üzvlərimizlə birlikdə Sizə və respublikamızın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edirik.
Siz Azərbaycanda COVID-19 xəstəliyinin qarşısını almaq istiqamətində böyük işlər görürsünüz. İnsanlar bütün bunları görür və talelərinin etibarlı əllərdə olmasından məmnunluq duyur. Hazırda Azərbaycanda bir çox ölkələrlə müqayisədə böyük gərginlik və iqtisadi tənəzzül yaşanmaması vaxtında atılan addımların, çətin günlər üçün nəzərdə tutulan maliyyə ehtiyatlarının sayəsindədir. Nahaq yerə deməyiblər: “Ehtiyat igidin yaraşığıdır.”
Əziz Prezidentimiz, inanırıq ki, dövlətimiz və xalqımız bu bəlanı tezliklə tarixin yaddaşına köçürəcək, Azərbaycanda həyat yenidən əvvəlki axarına düşəcəkdir. Azərbaycan vətəndaşları Sizinlə fəxr edirlər. Allah Sizə və xalqımıza hər zaman kömək olsun.
Hörmətlə,
Nağıyev Elvin Asif oğlu
İsmayılov Emin Arif oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu”.