4 İyul 2020 10:34
1 635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozaraq “ad günü” keçirən şəxslər müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunublar.

Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin Post Patrul Xidməti və 9-cu polis bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun T.Elçin və H.Seyidbəyli küçələrinin kəsişməsində yerləşən bağda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozaraq məclis təşkil edən şəxslər saxlanılıblar.

Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, onların hər biri 200 manat cərimə olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər