Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş verən yanğına görə FHN əməkdaşları yaxınlıqdakı binalardan insanları təxliyə edib.
Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, yanğınsöndürmə briqadaları bir neçə yüz metrlikdə yerləşən hündürmərtəbəli binaların yüzlərlə tonluq su anbarlarını birbaşa yanğına yönəldiblər.
Əraziyə yaxın küçə və prospektlər də bağlanıb.