“Gilan Holdinq”in yeni qida məhsulunun təqdimatı olub.
Yerli çipsi brendi olan “Çipsim” papika, şüyüdlü, pendirli, tomatlı, klassik və soğanlı olmaqla 6 çeşiddə istehsal edilir.
“Gilan Holdinq” İdarə Heyətinin sədri Cəmil Muradov bildirib ki, müəssisədə 380 nəfər daimi işlə təmin edilib.
“Gilan Holdinq” digər məhsulları kimi, “Çipsim”i də xarici ölkələrə ixrac edəcək. Məhsulun istehsal sistemi tam avtomatlaşdırılıb, operatorlar yalnız istehsal prosesinə nəzarət edirlər. “Gilan Holdinq” “2001-ci ildə ölkənin ərzaq təhlükəsizliyi proqramı" və “2008-2015-ci illər üzrə Azərbaycan Respublikasının ərzaq məhsulları ilə təmin olunması proqramları”na öz töhfəsini vermək üçün qida sahəsində yeniliklərə imza atıb. Bunun nəticəsi olaraq, Qəbələ şəhərində yerləşən qida məhsulları istehsalı şəhərciyində çipsi istehsalına başlanıb.
Ekoloji təmiz məhsul istehsal etmək üçün Samux və Qəbələ rayonlarında 600 hektar ərazidə kartof sahələrinin əkilib-becərilməsi ilə məşğul oluruq. Hazırda fabrik ölkəni məhsulla tam təmin edə bilər. Müəssisənin istehsal sahəsi 20 min kvadratmetrdir. Burada ABŞ, Yaponiya və digər qabaqcıl ölkələrin avadanlıqlarından istifadə edilir.
Gündə 20 ton məhsul istehsal etmək gücünə malik olan şirkət yalnız respublikanı deyil, MDB ölkələrini əhatə etməyi planlaşdırır”.
Holdinqin layihələr üzrə meneceri Amid Səfərov şirkət hədəfləri barədə məlumat verib. Onun sözlərinə görə, ölkədə 160 mln. manatlıq çipsi bazarı var, istehlak potensialı isə 20-22 mln. tondur.
“Çipsi bazarında yerli məhsullara isə rast gəlinmir. Bunu nəzərə alaraq, yerli çipsi brendi istehsal etdik. Hədəfimiz yalnız yerli bazarla məhdudlaşmaq deyil, xarici bazarda da öz sözümüzü deyəcəyik. Çipsi əsasən yay fəslinin qidası olduğu üçün 2015-ci illə bağlı maraqlı planlarımız var. Bunu ilk növbədə media üzərindən reklamla başlayıb, küçədə, Milli park ərazisində, çimərliklərdə təqdimatlar keçirəcəyik”.
Tədbirdə artıq yerli market sahibləri ilk “Çipsim” məhsullarını sifariş etdilər. Auksionda ən çox sifariş verən market sahiblərinə hədiyyələr təqdim edildi.
Fotolar Elçin