5 İyul 2020 13:52
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 və 3 iyul tarixlərində keçirilən 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) və H.Əliyev adına Hərbi Liseyə qəbul imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, 9-cu sinif üzrə buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 15768 nəfərdən 321 nəfər, kolleclərə qəbul imtahanlarında iştirakı nəzərdə tutulan 1661 nəfərdən 273 nəfər, Azərbaycan dili imtahanında iştirakı nəzərdə tutulan 653 nəfərdən 39 nəfər, Hərbi Liseyə qəbul imtahanında iştirakı nəzərdə tutulan 498 nəfərdən 7 nəfər imtahana gəlməyib.

3 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.


Müəllif: Teleqraf.com