6 İyul 2020 16:27
1 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyindən (XİN) həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində həbs edilən XİN-in İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə ilə bağlı maraqlı detal məlum olub.

Teleqraf.com Modern.az-a istinadən xəbər verir ki, S.Əlizadə hamının “Yeni ulduz” müsabiqəsindən yaxşı tanıdığı müğənni Səfurə Əlizadənin atasıdır.

Onu da qeyd edək ki, Səlim Əlizadə mərhum energetika naziri Natiq Əliyevin qudasıdır.

Səfurə Əlizadə 5 iyul 2013-cü ildə Bodrumda sabiq Energetika Naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev ilə ailə həyatı qurub.


Müəllif: Teleqraf.com