Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilən əməkdar artist Bəhram Bağırzadənin səhhətindəki son vəziyyət haqqında məlumat verilib.
Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
"Bəhram Bağırzadənin ümumi vəziyyətində son günlər müşahidə edilən müsbət dinamika saxlanılır. Huşu aydın, fəaldır. Əzələ zəifliyi qeyd edilsə də artıq oturur və aktiv hərəkətlərə cəhd edilir.
İkinci bakterial ağırlaşmalar və mədə-bağırsaq sistemində müşahidə edilən durğunlaşmaya qarşı müvafiq tədbirlərin aparılması davam etdirilir".
Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.