Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 8-nə olan statistik göstəriciləri açıqlayıb.
Teleqraf.com xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 355 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 537 230 test aparılıb. Aktiv xəstə sayı 8 542 nəfərdir, onlardan 317 nəfər reanimasiyadadır, 59 nəfər isə süni tənəffüs aparatına qoşulub.