Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayevdə koronavirus aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə onun tanışları məlumat yayıb.
Qeyd edilir ki, onda virusa yoluxma bir neçə gün əvvəl baş verib. C.Paşayevin vəziyyətinin ağır olduğu bildirilir.
Xatırladaq ki, ötən gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında çalışan həkimlərdən 33-nün koronavirusa yoluxduğu açıqlanıb.