Bu gün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Sadıqov Məzahir Qafar oğlu vəfat edib.
Teleqraf.com xəbər verir ki, 57 yaşlı hakim uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, M. Sadıqov 1963-cü ildə anadan olub. O, 2005-2010-cu illərdə Bakı şəhəri 13 saylı Hüquq Məsləhətxanasında vəkil, 2010-2015-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi, 2015-ci ildə isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
Xatırladaq ki, qısa müddət öncə Azərbaycanda 3 hakim vəfat edib. Onların koronavirusdan öldüyü bildirilir.
Allah rəhmət eləsin!