10 İyul 2020 12:56
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən 2018-ci ildə Tarif (qiymət) Şurası tərəfindən dövlət qeydiyyatına alınmayan və qiymətləri tənzimlənməyən 21 adda 950,8 min manat, 2019-cu ildə isə 29 adda 1716,3 min manat dəyərində dərman vasitələri alınıb.

Teleqraf.com-un məlumatına görə, bu, Hesablama Palatasının 2020-ci ilin İş Planına əsasən 2018-2019-cu illərdə dövlət büdcəsindən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi publik hüquqi şəxs üzrə aparılan auditin nəticələri haqqında məlumatda öz əksini tapıb.

Aparılan audit nəticəsində 2018-ci ildə mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının hazırlanması prosesində aşkar edilən nöqsanlar, 2019-cu ilin maliyyə hesabatlarının hazırlanması zamanı görülən tədbirlər nəticəsində aradan qaldırılıb, müqavilə şərtlərinə uyğun olaraq malların təchizatı üzrə gecikdirilən günlər üçün hesablanan 457,4 min manat məbləğində cərimənin büdcəyə ödənilməsi təmin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər