10 İyul 2020 15:53
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Kür çayı hövzəsinin bütün əsas tərəfləri üçün “Hydro-Heroes” mobil tətbiqinin ilk virtual təqdimatı keçirilib.

BMT-nin İnkişaf Proqramından Teleqraf.com-a daxil olan məlumata görə, bu mobil tətbiq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərsu ASC, İDEA və BMTİP-QEF Kür II Layihəsi tərəfindən hazırlanır. Mobil tətbiq bütün vətəndaşları mobil telefonları vasitəsilə su sızması barədə məlumatları geolokasiya etiketlərindən istifadə edərək bələdiyyələrin su təşkilatlarına və 2Azərsu”-ya birbaşa bildirməyə təşviq etmək məqsədi daşıyır. Mobil tətbiqdə həmçinin təhsil komponenti var – buraya suyun qorunması ilə bağlı məsləhətlər və ev təsərrüfatlarının gənc üzvləri üçün əyləncəli oyunlar daxildir. Mobil tətbiq, "Instagram", "Facebook", "Twitter", "WhatsApp" kimi sosial media platformalarında istifadə edilə bilər. İstifadəçilərin Kür çayı haqqında daha çox məlumat əldə etmələri üçün “Kür Boğçası” tədris vasitəsinin genişləndirilmiş reallıq versiyası da təqdim edəcəkdir. Mobil tətbiqin tamamlanmış beta versiyasının 2020-ci il avqust ayının sonlarında Azərbaycan, Gürcüstan və digər ölkələrdə ictimaiyyət üçün istifadəyə verilməsi gözlənilir. Su çatışmazlığı qlobal problemdir. İnsanlar kömək etmək istəyir, amma nə etməli olduqlarını bilmirlər. Şəhərlərdəki su sızmaları qiymətli şirin su ehtiyatlarının böyük ölçüdə tükənməsinə səbəb olur. Su sızmaları haqqında məlumatın daha sürətli şəkildə bildirilməsi və bu problemin ən tez zamanda aradan qaldırılması ilə suya daha çox qənaət edilə bilər. Bu mobil tətbiq hər kəsə hidro-qəhrəman olmağa kömək edəcəkdir.


Müəllif: Cavad

Oxşar xəbərlər