Bu gün koronavirusa 526 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər həyatını itirib. 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.
"Ölkə üzrə cəmi 22 990 nəfər koronavirusa yoluxub. 292 nəfər dünyasını dəyişib", - deyə bildirib.