10 İyul 2020 21:54
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karib dənizindəki Barbadosun Baş naziri Mia Mottley tətil üçün adaya gələn xarici turistlərin qalma icazəsini bir illik artırıb.

Teleqraf.com xəbər verir ki, Mottley “Barbadosa xoş gəlmisiz” adını verdiyi proqramla xarici turistlərin səyahətlərini orada daha yaxşı keçirə biləcəyini deyib: “Buraya gəlib bir neçə ay məsafədən işləmək şansınız olduğu halda, niyə Avropaya, ABŞ-a və ya Latın Amerikasına gedəsiniz?”

Qeyd edək ki, dünyanın ən nüfuzlu turizm ölkələrindən biri olan Barbadosun ümumi daxili məhsulunun (ÜDM) 40 faizi turizmdən gəlir. Məşğulluğun 30 faizi də bu sektorda işləyir. Koronavirus səbəbindən qoyulan məhdudiyyətlər ölkə iqtisadiyyatını da çətin vəziyyətdə qoyub.

Barbados iyulun 12-də sərhədlərini yenidən açmağa hazırlaşır. İndiyə qədər edilən sifarişlərin əvvəlki illərdən aşağı olduğu bildirilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər