Sərt karantin rejimi epidemioloji vəziyyətin dəyişməsindən asılı olaraq digər rayonlara da tətbiq edilə bilər.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.
O qeyd edib ki, hansı rayonlar bu siyahıya daxil deyilsə, deməli, orada vəziyyət nəzarət altındadır.
Yaqut Qarayeva əlavə edib ki, çimərliklərin açılması sıxlığa səbəb olacaq: "Bizim əsas məqsədimiz insanlar arasında sosial məsafənin saxlanılmasıdır. Biz bu istiqamətdə çətinlikləri çox yaxşı başa düşürük..."