Azərbaycanda koronavirusa qarşı mübarizədə bütün dövlət strukturları birgə fəaliyyət göstərir.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Azərbaycanda köklü səhiyyə islahatlarının aparılması nəzərdə tutulurdu. Bu istiqamətdə konkret planlar var idi ki, koronavirus müəyyən real çətinliklər yaratdı. Hər bir dövlət strukturunun fəaliyyəti vahid mərkəzdən idarə olunur və məqsəd işin effektiv şəkildə təşkil edilməsindən ibarətdir".