Səhiyyə naziri Oqtay Şirəliyevin sağlamlığında problem yoxdur, iş başındadır. Koronavirusla mübarizədə aktiv iştirak edir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov nazirin hansı səbəbdən Operativ Qərargahın brifinqinə qatılmaması barədə sualı cavablandırarkən deyib:
"Nazir bir neçə dəfə televiziya kanallarında olub, müsahibə verib. Səhiyyə Nazirliyinin nümayəndələri ictimaiyyət qarşısına çıxır. Səhiyyə Nazirliyi ilə ictimaiyyət arasında məlumat mübadiləsi mövcuddur".