"Azərbaycan silahlı qüvvələrində koronavirusa yoluxma halı yoxdur".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib:
"Orduda epidemioloji vəziyyətə tam nəzarət olunur. Mütəmadi olaraq, testlər keçirilir. Bura gəlməmişdən əvvəl Müdafiə naziri ilə də əlaqə saxladım, vəziyyət tam nəzarət altındadır, əsgərlərimiz arasında virusa yoluxma halı yoxdur".