10 İyul 2020 23:36
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saat 22:00-dan səhər saat 06:00-dək Şıxəli Qurbanov küçəsi və Tiblisi prospektinin hər iki istiqamətində üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, bu səbəbdən sürücülərdən qeyd olunan saatlarda sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.


Müəllif: Teleqraf.com