Gəncə şəhərində səhər saatlarında yağan güclü yağış nəticəsində Mərkəzi Klinik Xəstəxananın hasarı uçub.
Bu barədə Teleqraf.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, xəstəxanaya məxsus diametri 76 mm olan yerüstü polad qaz xəttinin bir hissəsi yararsız vəziyyətə düşüb. Təhlükəsizlik tədbiri olaraq qaz təchizatı dayandırılıb.
Fəsadlar aradan qaldırılan kimi qaz təminatı da dərhal bərpa ediləcək.