12 İyul 2020 08:26
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Universitetinin bir qrup rusiyalı mütəxəssis və könüllü həkimlər koronavirus pandemiyasına qarşı mübarizədə kömək etmək üçün Azərbaycana gediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, rusiyalı həkimlər Azərbaycan Respublikasının tibb işçiləri üçün məsləhətləşmələr aparacaq, xüsusi problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə köməklik göstərəcək, respublikada epidemioloji vəziyyəti sabitləşdirmək üçün ambulator və xəstəxana mərhələlərində koronavirus infeksiyasının müalicəsi ilə bağlı Rusiya təcrübəsi və yanaşmaları ilə bölüşəcəklər.

Həkim briqadasının tərkibinə pulmonoloqlar, revmatoloq və epidemioloq da daxil olmaqla beş mütəxəssis daxil olub. Qrupa Seçenov Universitetinin pulmonologiya kafedrasının müdiri, Rusiya Səhiyyə Nazirliyinin baş ştatdankənar pulmonoloqu Sergey Avdeev rəhbərlik edir:

"Seçenov Universitetinin həkimləri ilə birlikdə Azərbaycana Moskvanın tibb müəssisələrində, Odintsov, Norilskdə yaşayan və işləyən 17 həkim yola düşüb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər