13 İyul 2020 10:40
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Qazaxın Quşçu Ayrım kənd sakini 77 yaşlı Əsmər Cəfərovaya ev tikdirib.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan İnstaqramda görüntülər paylaşaraq evin tam hazır olduğunu qeyd edib:

“Yəqin yadınızdadır, dekabrın 13-də Əsmər nənənin sosial şəbəkələrdə videosu yayılmışdı. O görüntülərlə 3 gün sonra tanış oldum və səhəri Qazaxın Quşçu Ayrım kəndinə yola düşdük. Artıq nənəmizin evi hazırdı. Çox xoşbəxtəm ki, bu sevinci onlara yaşada bildilk.

Bütün Azərbaycana təşəkkür edirəm. Çünki mən bu torpağın övladıyam və burada tərbiyə almışam. Prezidentimiz cənab İlham Əliyeva minnətdaram. Ona görə ki, bizə imkan yaradır, biz də atalara, analara, qocalara yardım göstəririk. Onsuz da, dövlətimiz lazımı olan bütün köməkliyi edir. Mən də bir vətəndaş kimi borcumu yerinə yetirirəm. İnşallah, karantin bitdikdən sonra yollar açılar, növbəti köməkliyimizi də yerinə yetirərik”.

Qeyd edək ki, sanitar qovşağı olan ev 160 kvadrat metr ərazidə tikilib, üç otaq, bir mətbəxt və ümumi zaldan ibarətdir. Əsmər Cəfərovanın hazırda yaşadığı məkan onun və övladlarının xatirəsni yaşatdığı üçün sökülməyib və yanında yeni ikimərtəbəli mənzil tikilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər