14 İyul 2020 17:10
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın təxribatı nəticəsində şəhid olan mayor Əhmədov Namiq Hajan oğlu dəfn edilib.

Teleqraf.com xəbər verir ki, şəhidin cənazəsi vidalaşmaq üçün əvvəlcə Qazaxın Yuxarı Salahlı kəndinə, doğulduğu evə gətirilib.

Vida mərasimdən sonra N.Əhmədovun cənazəsi kənd qəbiristanlığına aparılaraq dəfn edilib.

Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.

Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər