15 İyul 2020 11:29
3 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur müğənni Mahsum Kırmızıgül sosial mediada general-mayor Polad Həşimovla bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Mahsun Kırmızıgül İnstaqramda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun fotosunu paylaşaraq ailəsinə başsağlığı verib.

"Uğurlarına görə ona hədiyyə edilən evi şəhid övladlarına bağışlayan, xidməti maşını nazirliyə təhvil verib, işə metro ilə gedən general Polad Həşimov şəhid olub. Azərbaycan şəhidlərinə Allah rəhmət eləsin!"


Müəllif: Rəqsanə Həsənova