Bu gün saat 13:14-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisində bağ sahəsinə mərminin düşməsi barədə məlumat daxil olub.
ANAMA-dan Teleqraf.com-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd partlamış top mərmisinin qalıqları aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamış mərminin ətrafında 400 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.