Koronavirus Çindəki laboratoriyadanmı yayılıbmı? Pekin rəhbərliyi virus məlumatlarını gizlədibmi? Bu suallar aylardır gündəmdədir.
Teleqraf.com xəbər verir ki, ABŞ-a qaçan Honk Konqlu alim Li-Menq Yan Çinin kritik məlumatları gizlətdiyini iddia edib.
Epidemiyanı tədqiq edən qrupda təmsil olunmuş həkim virusun ilk dəfə aşkarlandığı dekabr ayında Uhana gedən ilk komandada olub. Həkim bildirib ki, virusun insandan insana keçdiyini ilk dəfə aşkarlasa da, bu məlumatları gizlətmək məcburiyyətində qalıb:
“Çinin mənim kimi insanlara nə etdiyini bilirəm. Çin Kommunist Partiyasının rəsmiləri və nəzarətçiləri bu məlumatın gizlədilməsini istəyiblər. Onlar Honq Konq Universitetindəki işimə mane olurdular. Xarici mütəxəssislərin isə tədqiqat aparmasına icazə verilmir”.