16 İyul 2020 14:16
2 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli sənətçilər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində davam edən döyüşlər haqqında sosial şəbəkədə paylaşım edərək ölkəmizə başsağlığı veriblər.

Teleqraf.com xəbər verir ki, müğənni Əbru Gündəş İnstaqramda hekayə bölümündə Azərbaycan bayrağının fotosunu paylaşıb.

Müğənni Gülbən Ərgən Azərbaycan bayrağının fotosunu paylaşaraq "Acınız acımızdır" şərhini qeyd edib.

Aktyor Oqtay Kaynarca Azərbaycan və Türkiyə bayrağına "Başın sağ olsun, Azərbaycan!" yazıb.

Aktyor Şahan Gökbahar "Qəlbimiz sizinlə Azərbaycan" - deyə bildirib.

Müğənni Sərdar Ortaç isə İnstaqram səhifəsində Azərbaycan bayrağının fotoşəklini paylaşıb.


Müəllif: Rəqsanə Həsənova