“Başı qarışıb qıza, işləmir, vəziyyət xaotikdir...”, “Sən Kərimlini fitvala...”, “Hamısının zibil işi var”...
Bu sözlər küçənin tinində, ya da çayxana köşəsində deyil, hər gün ölkə idarə etməkdən dəm vuran, hər cümləsinin başı “biz hakimiyyətə gəlsək...” olan Əli Kərimlinin partiyasında – AXCP-də gedən müzakirədə deyilir.
Əli Kərimlinin de-fakto rəhbərlik etdiyi Milli Şuranın məlum videokonfranslarından sonra AXCP-də də eyni tipli müzakirələrin olması təəccüblü deyil. Ümumiyyətlə heç kim Kərimli və ətrafının potensialı ilə iddiaları arasındakı uçurumdan təəccüblənmir, təəccüblü olan, bu düşüncə sahiblərinin Azərbaycanı idarı etməyə necə iddia etmələridir. Müzakirəni dinlədikdə nə demək istədiyimizi daha yaxşı anlayacaqsınız...
AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov deyir: “Gənclər komitəsinin sədri Emil Səlimov “qrubıy” adamdı, özünü iqtidarda baş nazir kimi aparır, başı qarışıb qıza, gənc üzvlərimizlə işləmir, vəziyyət xaotikdir”.
Daha sonra bildirir ki, partiyada qruplaşma var: “Bir tərəfdə Nicatgilin dəstəsi, bir tərəfdə Cabbargilin dəstəsi, o biri tərəfdə Məhəmməd İmanlının dəstəsi. Mən indi başlamışam işləməyə, bizi də Akif məhv eləmişdi. Kərimli İlham Hüseynliyə tapşırmışdı, o da maraqlanmır, heç Rəyasət Heyətinin iclasına da gəlmir... Emil də son zamanlar işləmir, nişanlanıb, başı qıza qarışıb, rəyasətə də gəlmir”.
B.İmanov müzakirə apardığı AXCP-nin digər üzvünə tövsiyə edir ki, “Sən danışanda Əli Kərimlini fitvala, denən Emil işləmir”.
Digər cəbhəçi yazır ki, Seymur Həzi, Fuad Qəhrəmanlı ona irad tutur.
B.İmanov da onların qələt etdiyini deyir: “Seymur Həzi də, Fuad Qəhrəmanlı da qələt eləyir, başını daşa döyür. Mənim adım olandan sonra hamısı qələt edir, hamısının yaralı yerləri, zibil işləri var, başları daşa dəyib, xəbərdaram olanlardan”.
Sonra da pulu necə və hansı ad altında toplamağı öyrədir: “Sənə qardaşın bir şey öyrətsin də, pul yığmaq istəyəndə, kimdən nə istəyirsinizsə, Əlizaminin ailəsinə dəyməyə gedilir, bazarlıq olunacaq deyin, o adla istəyin ki, versinlər”.
Müzakirədə AXCP-nin trol qruplarının olduğu da açıq şəkildə etiraf olunur. B.İmanovla danışan cəbhəçi yazır ki, “17 nəfər 180 dənə profilimiz var”.
Bu sübut edir ki:
- AXCP-də vəziyyət xaotikdir, daxili intriqalar və qruplaşmalar bir-biri ilə boğuşur;
- Üzvlər bir-birini sədrə - Kərimliyə satır, onu qızışdırır;
- Rəhbərlikdə təmsil olunanların bir-birinə davranışı, münasibəti, müraciət forması küçə jarqonundan seçilmir, biri digərinə “qələt edirsən”, o biri başqasına “başını daşa döyürsən” deyir;
- Rəhbərlikdə təmsil olunanlarda bir-birinə qarşı kompramatlar var. “Hamısının zibil işi var” sözləri bunu təsdiqləyir;
- Müxtəlif adlar altında pul toplanır və mənimsənilir;
- Trol qruplarının olduğu növbəti dəfə ortaya çıxır, Kərimlinin postlarının altında yazan minlərlə profil gerçəkdə 50-100 nəfər tərəfindən idarə olunur;
Burada ən vacib məqam AXCP rəhbərliyinin bir-biri ilə niyə mübarizə aparması, nə əldə etmək üçün bir-birini Kərimliyə satmasıdır. Danışılanlarda qeyd olunan pul məsələsi əslində bu davanın mahiyyətini anlamağa imkan verir. Məlum olur ki, qruplaşmalar trol dəstələrinin saxlanılması, yaxud kiməsə kömək adı altında toplanan pulun məsimnəsilməsi uğrunda mübarizə aparır.
Əli Kərimli də hər gün “ölkə idarə etməkdən” danışır.