16 İyul 2020 17:57
1 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər "Azərbaycanda nə baş verir?" mətni ilə 0505582881, 0552298493, +90 539 507 06 81 nömrələrindən Azərbaycan vətəndaşlarına mesaj göndərməyə başlayıblar.

Teleqraf.com xəbər verir ki, ermənilər mesajları Azərbaycan və Türk dillərində yazırlar.

Düşmən bununla məlumat toplayıb Azərbaycanın planlarını öyrənir və yeni planlar qurur.

Ona görə də, vətəndaşlardan "Snapchat" və "PicsArt" programlarının mobil telefonlardan silinməsi xahiş olunur. Çünki onların kodlarını qırıb vətəndaşlara aid olan məlumatları götürə bilirlər.

Həmçinin vətəndaşlar diqqətli davranmalı və yuxarıda qeyd olunan nömrələrdən daxil olan mesajlara cavab verməməlidirlər.

Bundan başqa, mobil telefonlara göndərilən mesajlar "İnstagram" linki kimi daxil olur. Həmin linkə daxil olmamaq, mesajı isə dərhal silmək zəruridir.

Əgər kimsə həmin linkə daxil olacaqsa, onda telefonın içərisindəkilər ermənilərin əlinə keçəcək.

Çünki bütün bu prosesləri Ermənistan xüsusi xidmət orqanları təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər