Onlayn sınaq imtahanlarını tək pandemiya dövründə deyil, on ilə yaxındır təşkil edirdik. Həmişə az insan iştirak edirdi. Pandemiya zamanı da pulsuz keçirildi. Bu zaman 130 mindən çox şagird imtahandan yararlandı.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM-in onlayn mətbuat konfransında deyib:
"Sınaq imtahanları da sırf şagirdin özünü yoxlaması üçün təşkil edilirdi. Ona görə də hər hansı izləməmiz yox idi.