Real TV-nin rəhbəri, tanınmış telejurnalist Mir Şahin Ağayev koronavirusdan sağalıb. O, artıq işə çıxır.
Bu gün Mir Şahin rəhbəri olduğu telekanalın efirində danışıb, müalicə zamanı yaşadıqları barədə məlumat verib. O, sağaldığına və müalicəsinə verdiyi dəstəyə görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edib. O deyib ki, birinci xanım tez-tez onun özü ilə, bir neçə dəfə isə müalicə olunduğu tibb müəssisəsi ilə telefon əlaqəsi saxlayıb, müalicə prosesi ilə maraqlanıb.