18 İyul 2020 00:14
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabadda yaşlı sakin könüllü döyüşmək üçün qeydiyyatdan keçib.

Teleqraf.com xəbər verir ki, rayonun Qaraqaşlı kənd sakini Kuba, Vyetnam və Rusiyanın digər hərbi hissələrdə 3 il 8 ay təcrübə almış 1939-cu il təvəllüdlü Tofiq Hüseynov könüllü olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbəsində qeydiyyatdan keçib. Bu barədə sosial şəbəkə istifadəçiləri məlumat veriblər.

T.Hüseynov SHXÇDX Sabirabad rayon şöbəsinin rəisi ilə mətbuatda gedən bir sıra məsələləri müzakirə edərək, bir vətəndaş kimi özünə qaranlıq qalan suallara cavab alıb.

T.Hüseynovla yanaşı övladları könüllü döyüşmək üçün yerli idarəyə müraciət ediblər.

Qeyd edək ki, T.Hüseynov sabiq Baş nazir Pənah Hüseynin əmisidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər