18 İyul 2020 13:22
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicə alan əməkdar artist Bəhram Bağırzadənin səhhətindəki son vəziyyət haqqında məlumat verilib.

Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Bəhram Bağırzadənin vəziyyəti orta-ağır qiymətləndirilir. Stabildir. Bir neçə dəfə yoxlamalar aparıldıqdan sonra süni tənəffüs aparatını çıxarmaq mümkün olacaq.

Xəstə üzərində fizioterapektiv müalicə aparılır. O, aktivdir, hətta ayağa qalxır. Sevindirici haldır ki, bu gün səhər ailə üzvləri ilə telefonla danışıb”.

Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər