18 İyul 2020 18:57
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni növ koronavirus (COVID-19) epidemiyasından dünyada ölənlərin sayı 600 mini keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə COVID-19 məlumatlarının tərtib olunduğu "Worldometer" saytı məlumat yayıb.

Dünyada virus nəticəsində ölənlərin ümumi sayı 600 min 39-a, yoluxanların sayı 14 milyon 215 min 771-ə çatıb.

Bu günə qədər ən çox itki verən ABŞ-da ölü sayı 142 min 65-ə çatıb.

Virusa yoluxmuş 8 milyon 488 min 370 nəfər sağalıb, 5 milyon 127 min 362 nəfərin müalicəsi davam etdirilir.


Müəllif: Yeganə Oqtayqızı