18 İyul 2020 18:18
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda daha 645 nəfər koronavirusdan sağalıb, 8 nəfər isə vəfat edib.

Bu barədə Teleqraf.com-a Operativ Qərargahdan məlumat verilib. Son sutka ərzində ölkədə daha 497 yeni yoluxma qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 27 133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 18 450 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 334 nəfərdir.

Ötən müddət ərzində 619 min 786 test aparılıb. Bugünkü test sayı isə 9263-dür.


Müəllif: Teleqraf.com