19 İyul 2020 14:59
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 38 000-ə yaxın vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

Bu barədə Teleqraf.com-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti göstərdikləri yüksək vətənpərvərliyə görə vətəndaşlarımıza bir daha təşəkkür edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər