Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
ARDNŞ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görülmüş işlərin nəticəsi olaraq birlik 2014-cü ilin yanvar-sentyabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 130 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.
Məlumata görə, qazla təmin olunmuş bu binalarda ümumilikdə 11306 ailə yaşayır.
Naibə