19 İyul 2020 18:16
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün daha 192 Azərbaycan vətəndaşı təyyarə ilə Rusiyadan ölkəyə gətirilib.

Teleqraf.com xəbər verir ki, Moskvanın "Domodedovo" hava limanında soydaşlarımız "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Moskva-Bakı reysi ilə vətənə yola salınıb.

Qeyd edək ki, uçuş yerli vaxtla saat 16:00-a nəzərdə tutulsa da, yubanma baş verib.
Moskvadan havaya qalxan təyyarənin saat 21:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enməsi nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər