20 İyul 2020 17:21
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiyadan zərərçəkmiş sahələrdən muzdlu işçilərin əmək haqqlarının verilməsi üçün məbləğ ayrılıb və 212 mindən çox insana birdəfəlik müavinət verilib.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Sahibkarlığın İnkişaf Fonduna 25 milyon əlavə vəsait ayrılıb. Bu müddətdə 259 milyon manatdan çox vəsait ayrılıb. Ümumilikdə isə bu istiqamətdə 950 milyon manat ayrılıb".

O qeyd edib ki, bu gün Azərbaycan bir neçə cəbhədə müharibədədir: "Bu, həm Tovuz istiqamətində Ermənistanla müharibə, həm koronavirus, həm də iqtisadi şəraitdə olan mübarizədir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər