20 İyul 2020 17:26
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya dövründə imtahanların keçirilməsi ilə bağlı DİM təlimat hazırlayıb.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Bu imtahanlarda 143 minə yaxın şagird iştirak edib. DİM tərəfindən pandemiya dövründə imtahanların təşkili üçün tədbirlər həyata keçirildi. Kütləviliyin azaldılması məqsədilə lokal şəraitdə imtahanlar təşkil olundu. Bu bizə imkan verdi ki, bir binada 250 nəfər imtahana qatılsın. Eyni zamanda virusa yoluxma faktı da görülən tədbirlərə uyğun olaraq qeydə alınmadı".

O qeyd edib ki, ilk 3 həftə ərzində keçirilən bütün imtahanların nəticələri elan olunub: "2-3, 10 iyulda keçirilən imtahanlarında iştirak edən 19 min abituriyentin nəticələri elan olunub. Qarşıdakı həftədə də qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur".

Xanlar Xanlarzadə əlavə edib ki, DİM Operativ Qərargaha müraciət edərək, imtahanların keçirilməsi üçün icazə alıb və 23-24 iyulda qəbul imtahanları baş tutacaq: "Bütün məlumatlar DİM-in saytında yerləşdirilir. Ola bilər ki, kimsə qrafikdə öz rayonunu tapmasın. Biz növbəti həftə ərzində keçiriləcək imtahanların qrafikini açıqlayacayıq. Bu həftə 58 mindən artıq abituriyentin imtahanı olacaq, növbəti həftə isə 28 mindən artıq abituriyent imtahanda iştirak edəcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər