Bütün imtahan binalarının qarşısında sosial məsafənin qoyulması üçün müəyyən xətlər çəkilib.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Operativ Qərargahın bugünkü brifinqində deyib.
"Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu rayon və şəhərlərdə də bu imtahanlar təşkil olunacaq. Hər bir abituriyentə imtahan verəcəyi yer yaşadığı ünvana yaxın olacaq. Əgər abituriyentin özünün getməyə imkanı varsa, gedib imtahan verəcək.
Əgər ehtiyac olarsa, abituriyentin yanında bir nəfər gələ bilər. Bu zaman imtahana gedəndə buraxılış vərəqəsi, sağlamlıq haqqında arayış və yanında gələcəyi şəxs üçün də arayış veriləcək. Arayışdakı QR kod vasitəsilə sənədin həqiqiliyi müəyyən ediləcək".