3 həftəyə yaxındır ev şəraitində koronavirusa yoluxan şəxslərin müşahidəsi aparılır.
Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Hazırda 12 min 862 vətəndaş ev şəraitində müalicə alır. Onların 8 mindən çoxunun test nəticəsi mənfidir. Eyni zamanda yoluxub sağalanlar, evə buraxılanlar bu sayın əksəriyyətini təşkil edir. Müalicə alanlar xəstəliyi yüngül keçirən insanlardır. Sağalanlar poliklinika nəzarətindən çıxarılırlar"
O qeyd edib ki, hər gün poliklinikalara 500-ə yaxın müraciət olur: "6000-ə yaxın yaxma ev şəraitində götürülüb. Ehtiyac olduqda az qisim müəyyən məntəqələrə müraciət edərək analiz verir".