20 İyul 2020 17:33
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmtahanlarda hər bir iştirakçıdan sağlamlıqları haqqında bəyannamə tələb olunur.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Bu bəyannamədə onun ailə üzvləri və yaxınlarında virusa yoluxma faktı olmadığı qeyd olunur və abituriyent bunu imzalayır. Ola bilər ki, daha əvvəl xəstəlik olub, sağalıb. Bu, yenə də problem yaratmır, bəyannaməni təqdim edərək imtahanda iştirak edə bilər", - deyə o söyləyib.

Xanlar Xanlarzadə qeyd edib ki, 10 iyulda keçirilən imtahanlarda daha əvvəl sağlamlığı ilə bağlı problem yaşayanlar müraciət edərək qeydiyyata alınıb və iştirak ediblər.


Müəllif: Aysel Azad