20 İyul 2020 17:44
2 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəniz kənarında yaşayıb, dənizə getməyən insanların narazılığını başa düşürəm.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Biz çimərliklərin açılmasına hazır deyilik. Narahatıq ki, əldə etdiyimiz həssas nailiyyəti tez zamanda itirə bilərik. Çimərliyə gəldikdə, orada məsafə saxlamaq mümkün deyil.

İkinci risk odur ki, insanlar müəyyən yerlərdən yemək alırlar və ümumi olduğu üçün yoluxma artır. Eyni zamanda çimərliyə eyni ərazidən yox, müxtəlif rayonlarından gəlirlər. Bu da yoluxmların artması deməkdir. Biz avqustun 5-dən sonra çimərliklərə girişi bərpa edə bilərik".

Şahmar Mövsümov əlavə edib ki, bəzi insanlar qanunları pozaraq Bakıdan rayonlara gedir, yoluxma sayının kəskin artmasına səbəb olublar: "Buna görə də səbr edib, yoluxmaları idarə olunan səviyyəyə gətirək. Biz buna nail olsaq, sarı zonadan yaşıl zonaya keçə bilərik.

Rayonlara gediş-gəlişi bərpa etməklə əldə etdiyimiz nailiyyəti itirə bilərik. Mən də bunu istəyirəm, amma bir az da səbr edək. Yoluxmalar nəzarət altına alınan kimi ilk addımlardan biri bu olacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər