20 İyul 2020 18:05
337

Xəstəxana müalicə üçündür, nəzarət üçün deyil.

Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Koronavirusun təbiəti hələ də öyərnilməkdədir. İlk vaxtlar onun fəsadları ilə bağlı fərqli məlumatlar var idi. Xəstələrin sayı az olan vaxt hər kəs xəstəxanaya götürülürdü. Əvvəl müalicə, müayinə prosesi aparılır, nəticə neqativ çıxdıqdan sonra evə buraxılırdılar. Lakin hazırda hər kəsi xəstəxanaya aparmaq tibbi personala əlavə yükdür. Təsəvvür edin ki, xəstəliyi yüngül keçirən, simptomu olmayana qulluq olunur, ağır xəstələr də. Bu xəstəxananın çarpayı fondu üçün də təhlükə yaradır. Hazırda xeyli sayda testi təsdiqlənməyən insan var. Onların evdə müalicəsi daha düzgündür. Biz çalışırıq ki, tibb personalının diqqəti xəstəliyi ağır keçirənlərə yönəlsin".

O qeyd edib ki, evdə müalicə alan şəxslər özünü təcrid etməlidir: "Biz hər insana xüsusi nəzarət edə bilmərik"

Prezidentin köməkçisi Şahmar Mövsümov əlavə edib ki, təəssüf ki, bu gün hər kəsi xəstəxanaya yerləşdirmək mümkün deyil: "Bütün ölkələr bundan imtina etdi, əvəzində evdə özünü təcrid yoluna üz tutdu. Bu ən doğru yoldur"


Müəllif: Aysel Azad