20 İyul 2020 19:16
2 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusdan sağalan xalq artisti Nəzakət Teymurova vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Teleqraf. com xəbər verir ki, Nəzakət Teymurova İnstaqramda bu sözləri yazıb:

"Hörmətli, Mehriban xanım, bir sənət insanı olaraq sizin qayğınızı hər zaman hiss etmişik. Bu çətin günlərimdə, amansız xəstəliyə qalib gəlməyimin də səbəbkarı Siz və fədakar həkimlərimizdir. Xəstəxanada yatarkən Sizin bir daha insan sevərliyinizin şahidi oldum. Öz və ailəmizin adından Sizə və rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun bütün əməkdaşlarına təşəkkür edirəm. Allah Sizi qorusun!".

Qeyd edək ki, Nəzakət Teymurovanın səhhətini Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva nəzarətə götürmüşdü. Xalq artisti modul tipli xəstəxanaya yerləşdirilmişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər