21 İyul 2020 12:54
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 12-də erməni hərbi birləşmələrinin Tovuz istiqamətində təxribat hücumu ilə yanaşı, informasiyası təxribatı da həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, işğalçı ölkənin hərbi cəbhədə olduğu kimi informasiya cəbhəsində də təxribatlarının qarşısı alınıb, layiqli cavab verilib.

Azərbaycanlı ərəbşünasların ərəbdilli ermənilərin dezinformasiyasına qarşı mübarizəsi belə nümunələrdən biridir.

Sosial şəbəkələrdə ərəbdilli xəbər agentliklərinə məxsus səhifələrdə son hadisələrlə bağlı paylaşılmış xəbərlərin şərh bölməsində ərəbdilli ermənilər Azərbaycanla bağlı yalnış məlumatlar verməklə oxucuları çaşdırmağa çalışıb. Lakin Azərbaycan tərəfindən təmsil olunan ərəbşünaslar və ərəb dilini bilən şəxslər könüllü olaraq ermənilərin dezinformasiya xarakterli rəylərinə qətiyyətlə cavab verib, Azərbaycanın haqlı mövqeyini bildirən, mötəbər dəlillərə əsaslanan məlumatlar paylaşıbdır.

Azərbaycanlı ərəbşünasların informasiya müharibəsi çərçivəsində qətiyyətli addımları ərəb oxucuları tərəfindən rəğbətlə qarşılanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər