İsveçdə yaşayan azərbaycanlılar paytaxt Stokholm şəhərində Ermənistanın iyulun 12-dən başlayaraq Azərbaycanla sərhəddə, Tovuz rayonunda törətdiyi hərbi təxribatlara etiraz olaraq aksiya keçiriblər.
Teleqraf.com xəbər verir ki, tədbir İsveç Azərbaycan Birliyi tərəfindən "Bir olaq!" devizi altında təşkil olunub.