23 İyul 2020 12:26
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.


Müəllif: Teleqraf.com